İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları və “5-ci kolon” Qarabağa təhlükədir? - Kommunist Partiyasının sədri canlı yayında

2480 08.12.2020 16:04 Son xəbər A A

Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi bəzi müxalif düşərgələrdə xəyanət, gələcəkdə işğala münbit şərait yaratmaq kimi qiymətləndirilir.

Rus sülhməramlıları bəzilərinin gözündə 20 Yanvarda Bakıya girən sovet tankları, Xocalıdakı 366-cı motoatıcı alay kimi görünməyə başlayıb. Onlara elə gəlir ki, bir neçə il sonra rus qoşunları Qarabağda müharibə başladacaq, torpaqları yenidən ermənilərə peşkəş edəcəklər.

Qələbə yürüşlərində Rusiya bayraqlarının dalğalanmasını da Kremlin Azərbaycanda təsirlərinin güclənməsi kimi qələmə verirlər.

Amma bunu deyənlər sülhməramlıların missiyasını, Moskva-Bakı əlaqələrinin hansı müstəvidə inkişaf etdiyini, Ordumuzun dünyaya səs salan qüdrətini unudurlar.

Unudurlar ki, Azərbaycan dövləti və Ordusu artıq müzəffər, qalib tərəfdir və daha 90-cı illər deyil. Bizim Türkiyə, İsrail, Ukrayna, Pakistan kimi dostlarımız, Şuşada tarix yazan oğullarımız var.

Türkiyə demişkən, son günlərdə bəzi siyasətçilər isə Türk ordusunun Qarabağa sülhməramlı kimi gəlişinə qarşı çıxır. Deputat Vahid Əhmədov bunu “beşinci kolon”un fəallaşması kimi qiymətləndirib.

Bütün bu aktual məsələləri bu gün “Həftə İçi” proqramında aparıcı Emil Salamoğlu Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR