Rus politoloq tərəfləri Minsk Qrupundan imtina etməyə çağırdı
Azərbaycan və Ermənistan yalnız özləri öz problemlərini həll etməlidirlər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib.
O, irəliyə doğru atılacaq addıma Bakı və İrəvanın qərar verməli olduğunu deyib:
“Azərbaycan və Ermənistanın həqiqətən toparlanması lazımdır. Amma bu, yalnız ikilikdə həyata keçirilməlidir. Heç bir əlavə vasitəçiyə ehtiyac yoxdur. Bu, irəliyə doğru atılacaq ən düzgün gediş olmaqla bərabər, yüksək səviyyədə siyasi şou da olardı”.






