İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu var gücü ilə hücumda: Xarkov və Çerniqov bombalanır, bir şəhər tutulub - CANLI

2644 17.03.2022 15:47 Gündəm A A

Ukraynanın Xarkov vilayətində yerləşən bazar rus ordusu tərəfindən bombardman edilib. Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Bazarda 3 min 600 kvadratmetrlik dükanlar tamamilə məhv edilib.

Rus qoşunları isə Xerson vilayətinin Oleşki şəhərinə daxil olub. Bu barədə şəhərin meri Yevgeni Rişçuk Facebook-dakı videomüraciətində bildirib. Onun sözlərinə görə, hazırda Oleşkidə rus işğalçıları mövqe tutur.

Ukraynanın Çerniqov şəhərinə Rusiya ordusu tərəfindən artilleriya və hava hücumları nəticəsində ötən 24 saat ərzində 53 nəfər həlak olub. Bunu Çerniqov Əyalət Hərbi Administrasiyasın rəhbəri Viaçeslav Çaus “Telegram” kanalında bildirib.

O, işğalçıların əyalət mərkəzinə girə bilmədiklərini, Ukrayna ordusu ilə toqquşmalarda xeyli itki verdiklərini diqqətə çatdırıb. V.Çaus bununla yanaşı, şəhər sakinlərinin təxliyəsi üçün “yaşıl dəhliz” açdırmaq üçün danışıqların aparıldığını söyləyib.

TVMusavat-ın canlı efirində professor Qabil Hüseynli ilə Ukrayna müharibəsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR