Rusiya Silahlı Qüvvələri Lisıçansk şəhərini mühasirəyə almağa çalışır.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən Donetsk istiqamətində artilleriyanın dəstəyi ilə Lisıçansk şəhərini mühasirəyə almağa və Lisıçansk-Baxmut magistral yoluna nəzarəti ələ keçirməyə çalışır. Ruslar Lisıçansk, Verxnokamyanka və Siversk ərazilərində mülki infrastrukturu atəşə tutublar. Vovçoyarivka yaxınlığına hava zərbəsi endirilib”, - məlumatda deyilib.
Rusiya qüvvələrinin Verxnokamyanka ətrafında irəlilədiyi, Lisıçansk neft emalı zavoduna hücum etdiyi bildirilib. Bu istiqamətdə döyüşlərin şiddətləndiyi də diqqətə çatdırılıb.
Toğrul İSMAYIL,
Musavat.com






