İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus hərbçilər geri çəkildi: Türkiyə ordusunun önü açıldı

2275 25.05.2022 08:12 Dünya A A

Rusiyanın Suriyanın 8 strateji bölgəsindəki hərbçilərini geri çəkdiyi məlum olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriyanın Milli ordusu məlumat yayıb. Bildirilir ki, İdlib, Hama, Hələb və digər bölgələrdəki ruslar bölgədən çıxıb. Hərbi mənbələr rusların Mənbicdən çəkilməsinin önəmli olduğunu bildiriblər. Çünki bu ərazi Hələbə gedən strateji yol üzərində yerləşir. Türkiyə üçün starteji önəmə sahib Tel Rifat istiqamətində də Rusiya əsgərləri qalmayıb. Rus hərbçilərin Ukraynaya göndərildiyi vurğulanır. Bildirilir ki, rusların çəkildiyi bəzi bölgələrdə ABŞ-ın kəşfiyyat qüvvələrinin olduğu müşahidə edilib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR