İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus hərbçilər Ermənistan-Azərbaycan sərhədinə gəldi və erməni nazir təxribatçı əmr verdi

2671 05.08.2021 23:06 Son xəbər A A

Ermənistan mediası Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş rayonunun Voskepar kəndinə yerləşdirildiyi barədə xəbər yayıb.

Musavat.com-un xəbərinə görə, məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, bu proses Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Əslində rus hərbçiləri Qazax rayonunun erməni işğalı altındakı Əskipara kəndində yerləşiblər. Ermənilər isə kəndin adını dəyişib.

Məhz eyni gündə Ermənistanın Müdafiə naziri Arşak Karapetyanın Azərbaycan hərbçilərinə atəş açmaqla bağlı təxribatçı, gərginliyi tətikləyə biləcək təhlükəli əmri verməsi də təsadüfi deyil. Karapetyan kollegiya iclasında dərhal atəş açmağı və istənilən üsulla Azərbaycan hərbçilərini öldürməyi əmr edib. Görünür yeni nazir rusiyalı hərbçilərə arxayın olaraq belə təxribatçı qərar verib, amma bunun nə ilə nəticələnəcəyi barədə düşünməyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR