İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus generallarının SİRLİ ÖLÜMÜ:Putin niyə onları ön cəbhəyə qoyub? FOTO

2237 19.03.2022 16:32 Gündəm A A
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Andrey Mordviç məhv edilib və bununla da Ukraynada öldürülən rus generalların sayının 6-ya çatdığı bildirilir. Müharibə başlayandan bu yana öldürülən generalların rus ordusu üçün önəmli adlar olduğu vurğulanır. Amma maraqlıdır ki, Rusiyadan hələlik heç bir təsdiq və ya təkzib gəlməyib.
 
Sfera.az-ın "Milliyete”ə istinadən məlumatına görə, bununla bağlı ixtisas sahəsi psixoloji müharibə və kəşfiyyat olan türkiyəli təqaüdçü polkovnik Coşqun Başbuğ deyib ki, normalda nizamlı müharibələrdə hərbi taktika, təşkilatda qərargah, xüsusən də ümumi və yaxın heyət arxa planda olur. Onun sözlərinə görə, orduda generalın zərərsizləşdirilməsi psixoloji məğlubiyyətə səbəb əsas yaradır və bu, döyüşən tərəf üçün böyük maneədir:
 
"Fikrimcə, Rusiya ordusu çox ciddi fiasko yaşayır. Təchizatdan tutmuş taktikaya, təşkilatlanma və əməliyyat planına qədər böyük səhvlər var. Digər tərəfdən, 8 generalın Putin tərəfindən işdən çıxarılması və kəşfiyyat rəhbərinin ev dustaqlığında saxlanması barədə də iddialar var. Rusiya prosesin belə olacağını düşünmədi, hərbi tədbirlərdə bəzi səhvlərə yol verdi. Ən böyük səhv isə ordunun müharibəyə hazır olmaması idi. Kağızdan olan pələngi aslana bənzədib Putini aldatdılar, indi də o, bu səhvin bədəlini ödəyir”.
 
 
Polkovnik qeyd edib ki, Ukrayna xüsusi xidmətinin Rusiya xüsusi xidmətinə qalib gəlməsi çətindir və müharibədə hazırkı mənzərə Qərbdən ciddi kəşfiyyat dəstəyi olmasa ortaya çıxmaz:
 
"Böyük Britaniya, ABŞ və hətta İsrailin pərdəarxasında sıx kəşfiyyat dəstəyinin olduğu açıq-aydın görünür. Çünki onların peyki, texnologiyası var. Hətta Kadırovun ilk qoşunları da həmin hava desantında məhv edilib. Kadırov da Rusiyaya üz tutaraq, "İndiki məqamda əməliyyat necə oldu, içəridə satqın var” - deyərək hesab istədi. Ona görə də belə bir əməliyyat ilə generalların da zərərsizləşdirilməsi ehtimalı var. Rusiya xüsusi xidmət orqanları bu sahədə çox çalışsa da, uğursuzluğa düçar olub.  İndi iş elə bir məqama çatıb ki, sona qədər getməlidirlər. İtkilərə baxmayaraq buradan geri dönmək həm daxildə, həm də siyasi gələcəyi anlamında Putin üçün böyük riskdir. Buna görə də Putin, "Nəticə nə olursa olsun, məqsədə çatacağıq”, - deyir. Yəni  onun dərdi "İtkilərimiz oldu, amma Ukraynanı da aldıq”, - deyə bilməkdir”.
 
Coşqun Başbuğ vurğulayıb ki, Rusiya ordusu Ukraynadan qat-qat güclü və təchizatlıdır: 
 
 "Onların mübarizə əzmi və iradəsinə baxanda Ukrayna çox irəlidədir. Çünki onlar vətənini qoruyur, Rusiya isə  işğalçıdır. Yəni Putinin işi asan deyil. Digər tərəfdən müharibə ilə bağlı məsələ masada həll edilməzsə, daha qanlı bir prosesə giriləcəyi aydındır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR