İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus deputat irlandlara Krımı örnək göstərib – “Siz də ayrılın”

639 06.02.2024 11:21 Dünya A A

Dövlət Dumasının "Krımdan seçilmiş" deputatı Mixail Şeremet Şimali İrlandiya hakimiyyətinə tarixi torpaqların birləşdirilməsi məsələsində Krımın yolu ilə getməyi tövsiyə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şeremet jurnalistlərlə söhbətində Şimali İrlandiyanın birinci naziri Mişel O'Nilin Böyük Britaniyadan ayrılmaq və adanın vahid dövlətdə birləşdirilməsi ilə bağlı mümkün referendumla bağlı bəyanatını şərh edib.

Onun sözlərinə görə, yarımadanın sakinləri üçün Mişel O’Nilin parçalanmış xalqın birləşməsinə ümid dolu çıxışları çox yaxın və başa düşüləndir.

"Mən əminəm ki, Krım referendumu demokratik bir nümunə, fəaliyyət üçün bələdçi və dünyanın bütün bölünmüş, məzlum, lakin parçalanmamış xalqları üçün bir şansdır", - Şeremet hesab edir.

Deputat vurğulayıb ki, Şimali İrlandiya sakinləri də krımlılar kimi “öz vətənlərinə məhəbbət bəsləyiblər”, “azad olmaq, dinc və xoşbəxt yaşamaq” hüququ uğrunda mübarizə aparıblar. O, həmçinin xatırladıb ki, “2014-cü ildə Krım öz tarixinin çətin mərhələsini şərəflə keçib” və plebissit vasitəsilə Rusiyanın tərkibində olmaq hüququnu müdafiə edib.

“Şimali İrlandiya gələcək nəsilləri naminə İrlandiya ilə birləşmək, gələcəyə inamla gözləyən xoşbəxt insanlara çevrilmək məsələsində bizdən nümunə götürə bilər", - deyə deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR