Rus bloger Moskvadakı çadır şəhərcikləri ilə bağlı şok məlumatlar yaydı (FOTO)
Rusiyalı bloger və fotoqraf Mitya Aleşkovski Moskvada miqrantlar üçün yaradılan düşəngədə olub. Musavat.com-un məlumatına görə, o, öz Twitter-ində yazıb ki, orada acından insanların ürəyi gedir. Çünki yeməe yoxdur.
Bundan başqa, bloger yazır ki, düşərgədə 9 hamilə qadın var və indiyədək həkim müayinəsindən keçirilməyib.
Mitya Aleşkovskinin sözlərinə görə, vyetnamlı qadının 13 yaşlı uşağı əlindən alınıb. Uşağın yeri məlum deyil.
Qeyd edək ki, Moskvada miqrantlar üçün yaradılan düşərgədə 600-ə qədər adam var. Vyetnamın Rusiyadakı səfirliyi düşərgədəki şəraiti “qeyri-insani” adlandırıb.
İctimai təşkilatlar bu gün dühərgəyə 2 ton düyü aparıblar.
Mitya Aleşkovskinin düşərgədən çəkdiyi fotoları təqdim edirik:






