İnsanlara hürriyət, millətlərə istiqlal!

RUS BARMAĞI BAKIDAKI ENERJİ SAMMİTİNDƏ PƏRTLİK YARATDI

2754 14.11.2008 07:31 Gündəm A A
Təklif edilmiş mətndə fikirlər qeyri-müəyyəndir və konkret deyil. Layihədə Xəzərin enerji resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışılır və ümumi olaraq Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına toxunulur. Artıq mövcud olan boru kəmərlərinin - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurumun rolu xüsusi vurğulanır. Mətndə Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin adı çəkilsə də, Avropa İttifaqı və ABŞ-ın dəstəklədiyi “Nabukko” layihəsi barədə heç nə deyilmir.
Rumıniya və Bolqarıstan nümayəndələri layihəyə “Nabukko”nun dəstəklənməsi haqda ifadələr daxil etməyin zəruriliyini vurğulayıblar. Hətta Qazaxıstan da bu mövqeyi dəstəkləyib.
ABŞ nümayəndəsi qeyd edib ki, gələcək niyyətləri konkretləşdirməyin vaxtıdır. Gürcüstan ABŞ və digər dövlətlərin mövqeyini dəstəkləyib.
Gürcüstan və Estoniya nümayəndələri Azərbaycanı nəzakətlə hazırkı görüşə etinasızlıq edən və bu layihələrə münasibətini gizlətməyən Rusiyadan ehtiyatlanaraq fəaliyyət göstərməməyə çağırıblar.
Bəzi digər iştirakçılar təklif edilmiş variantın imzalanması haqda məsələni hökumətləri ilə razılaşdırmaq üçün vaxt istəyiblər.
Bakı bəyannaməsinin mətni üzərində işi  davam etdirmək qərara alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR