"Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi" yubiley medalı Rumıniyanın xarici işlər naziri Ramona Maneskuya təqdim olunub.
APA-nın Azərbaycanın Rumıniyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, yubiley medalını xarici işlər nazirinə ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov təqdim edib.






