İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza söz atdı: “Müğənniləri verilişimə alçaltmaq üçün çağırmıram” - FOTOLAR

1992 21.05.2018 17:58 Şou-biznes A A

Müğənni Roza Zərgərli televiziya proqramlarında baş verən qalmaqallardan danışıb.

Özü də aparıcılıq edən müğənni musavat.com-a açıqlamasında qonaqlarını alçaldan aparıcıları qınayıb: “Mən verilişimin həm aparıcısıyam, həm prodüseriyəm. “Bakı vaxtı ilə” verilişi qalmaqaldan uzaqdır, Azərbaycan mədəniyyətinin təbliğatında  yüksək rolu var. Mənim verilişim qalmaqallı verilişlərlə müqayisə olunmur. Elçin Əlibəylinin Maral Tahirqızına dediyi sözlər xoş deyildi. O illər öncə dövlət televziyasında çıxış edib. Sadəcə yaş sözünü deyil. Onu alçaltmaq olmaz. Azərbaycan qadınıdır. Televiziya mədəniyyətimiz onu alçatmağa imkan verməməlidir. Mən verilişimə qonaqları alçaltmaq üçün dəvət etmirəm, onların yaradıcılığını tamaşaçıya çatdırıram”.

Roza prodüserlik fəaliyyətinin də davam etdiyini deyib: “Nicat Rəhimovla çalışıram. Başqa bir güclü səsə sahib ifaçı ilə də işbirliyimiz var. Adı sirr qalsın, yaxın günlərdə açıqlayacağam. Daha sonra çoban kimi tanınan Pərvin Səfərovla duet yazdırmışıq. Onunla da çalışırıq. Yay boyu isə bölgələrdə konsertlər verəcəyəm”.

Könül,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR