İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşən Almuradlının son tamaşası yenidən nümayiş olunacaq – FOTOLAR

554 14.05.2019 14:36 Mədəniyyət A A

Ötən ay dünyasını dəyişmiş tanınmış rejissor, ssenarist və aktyor Rövşən Almuradlının quruluş verdiyi son tamaşa yenidən nümayiş olunacaq.

Musavat.com-un məlumatına görə, fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsəri əsasından hazırlanmış satirik tamaşa mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, tamaşada kasıb fransız ailəsində ər, arvad və onun sevgilisi arasında olan münasibətlərdən bəhs olunur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, İlahə Səfərova iştirak edirlər.

Səhnə əsərinin bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı isə Osman Salmanovdur.

Xatırladaq ki, “Oğru” tamaşası Rövşən Almuradlının uzun fasilədən sonra  quruluş verdiyi son əsərdir.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR