İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rosneft”: ABŞ-ın İranla bağlı sazişdən çıxması dünya neft bazarının yenidən qurulmasına gətirib çıxara bilər

588 25.05.2018 17:31 İqtisadiyyat A A

"ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması ətrafında yaranan böhran dünya neft bazarının yenidən qurulmasına gətirib çıxara bilər".

APA-nın Rusiya bürosunun məlumatına görə, Sank-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən “Enerji paneli” sessiyasında “Rosneft”in prezidenti İqor Seçin bildirib.

“Neftin qiymətinin indiki artımına İranın nüvə proqramı ətrafında yaranan vəziyyət böyük töhfə verib. Bu vəziyyətin inkişafı dünya bazarının yenidən qurulmasına gətirib çıxara bilər”,- deyə o qeyd edib.

İ. Seçinin sözlərinə görə, ABŞ öz biznes maraqlarına görə sanksiyalar tətbiq edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR