İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldo mənim ilham mənbəyimdir"

557 01.03.2021 13:33 İdman A A

“Yuventus”un futbolçusu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodriges oyunçu ilə münasibətindən danışıb.

Qol.az “NTVSpor”a istinadən xəbər verir ki, tanınmış model bunları deyib:

“Ronaldo mənim ilham bənbəyimdir. Ondan çox şey öyrənmişəm. Ronaldo daim əhval-ruhiyyəmi artırır, motivasiya verir, inkişaf etdirir. Onsuz da sağlamam idim və idmanla məşğul olurdum. Amma indi onun sayəsində özümü daha yaxşı hiss edirəm. İlk vaxtlar Ronaldonun yanında məşq etməyə utanırdım. Çünki o, Kriştiano Ronaldodur. Amma getdikcə böyük sevgisi ilə mənə motivasiya verdi. Evdə 1 idman zalı var. Buna görə də onu bir-birimizlə paylaşırıq. O, möhtəşəm bir ata və xəyal belə edə bilməyəcəyim həyat yoldaşıdır.

Mənim üçün ailə ilk sırada gəlir. Uşaqların rahatlıqla oynaya biləcəyi bağçalı böyük bir evimiz var. Burada heç nə üçün darıxmırıq. Turində insanlar bizi sevir.

Onun oyunu istədiyi kimi getməyəndə üzü gülmür. Lakin futbolun necə bir şey olduğunu da bilir. Bəzən qalib gələrsiniz, bəzən də uduzarsınız. Ronaldo məğlubiyyəti qəbul edib, daha yaxşı olmağa çalışır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR