Roma Papasının saxta "erməni soyqımı"nı tanımasına vətəndaşlar nə deyir? VİDEOSORĞU
Roma Papası I Fransiskin uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etməsi Türkiyədə olduğu kimi Azərbaycan ictimaiyyəti tərəfindən də etirazla qarşılanıb.
Aprelin 12-də katoliklərin dini lideri Papa Fransisk 1915-ci il hadisələrində ölənlərin anılması məqsədilə Vatikanda təşkil edilən mərasimdəki çıxışı zamanı qeyd edib ki, “ötən əsrdə insanlığa qarşı üç böyük və misilsiz faciə törədilib. “XX əsrin ilk soyqırımı” hesab olunan birincisi erməni xalqına vurulan zərbədir”.
Bunun ardından, aprelin 15-da Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə qəbul edilib. Baş verənlər Azərbaycanda da siyasi dairələrdə geniş müzakirə olunub və qətiyyətlə pislənib.
Bəs, görəsən sadə insanlar Roma Papasının səsləndirdiyi fikirlər və AP-nin qəbul etdiyi qətnamə ilə bağlı nə düşünürlər? Musavat.com bu suallara cavab tapmaq üçün şəhər sakinləri arasında sorğu keçirib.
Sakinlər baş verənləri siyasi bir addım olduğunu bildirərək, Katolik liderini və Avropa Palramentini sifarişli qərarlar verməkdə ittiham ediblər.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Nərgiz Liftiyeva
Məğrur Salmanov






