ROMA PAPASI POSTUNA QARADƏRİLİ ŞƏXS GƏTİRİLİR
16-cı Benedikt sayca 265-ci papa olaraq həm də tarix boyu bu postu tutmuş 7-ci alman kimi tarixə düşüb. 2006-cı ildə Türkiyəyə səfər edən Papa 16-cı Benedikt bir neçə dəfə İslam dünyasında sərt etirazlara səbəb olan açıqlamaları ilə yadda qalmışdı.
Papa bəyanatında elan edib ki, 2013-cü il fevralın 28-də vəzifəsindən gedəcək. Bundan sonra dünya katoliklərinin yeni lideri Konklav prosesində seçiləcək. Qaydalara əsasən seçki prosesində hazırkı papa Kastel Qandolfo adlı malikanəyə köçəcək və yeni - 266-cı papa seçilənədək orada qalacaq. Yeni papa fəaliyyətə başladıqdan sonra isə sələfi monastırlardan birində rahib həyatına davam edəcək.
Yeni papa seçimləri mart ayında baş tutacaq. Yaşı 80-dən az, ümumilikdə 48 ölkədən olan 117 kardinal yeni papanı seçəcək. 2007-ci ildə qəbul edilən yeni qaydalara əsasən papanı kardinalların üçdə ikisinin səsi ilə seçəcəklər. Maraqlıdır ki, köhnə qaydalara əsasən, 34 dəfə keçirilən nəticəsiz seçkidən sonra sadə səs çoxluğu ilə papa seçmək mümkün olurdu. Yeri gəlmişkən, papalığa iddialı və ya papanı seçəcək 117 kardinaldan 60-ı Avropa qitəsini, 19-u Cənubi, 14-ü Şimali Amerika, 12-si Afrika, 11-i Asiya, nəhayət, biri Okeaniyanı təmsil edir.
Papa seçimi prosesi də kifayət qədər maraqlıdır. Qədimdən qalan adətlərə əsasən kardinallar yemək və su ehtiyatı almaqla qapalı zala yığışır və yeni papa seçilənədək həddən artıq zəruri hal olmadığı halda bu otaqdan çıxmırlar. Hər gün iki dəfə - səhər və axşam seçki keçirilir. Əgər səsvermədə namizəd üçdə iki səs qazanmasa, o zaman bülletenlər heç bir maddə qatılmadan yandırılır. Bu isə o deməkdir ki, heç bir maddə qatılmayan kağız bülletenlər yanarkən yalnız mavi rəngli tüstü verir. Bu, binadan kənarda oturub yeni papa seçimini izləyənlər üçün siqnaldır. Ancaq seçim baş tutduqda yeni papaya vəzifəni qəbul etməsi, daha sonra hansı adı (titul, ləqəb) qəbul etməsi ilə bağlı suallar verilir. Sonuncu sualdan sonra nəticəni əks etdirən bülletenlər yanarkən ağ tüstü verən maddə qatılaraq yandırılır. Beləcə, “şapel” adlanan otağın bacasından çıxan ağ tüstü yeni papanın seçildiyini təsdiqləyən ilk və rəsmi siqnal olur.
15 əsrdən artıq yaşı olan papalıq institutu bir zamanlar dünya siyasətində, xüsusən də Avropanın siyasətində mühüm rol oynayıb. Hətta Avropanın ən qüdrətli dövlətinin rəhbərləri belə papanın qərarları ilə hesablaşıb. Doğrudur, son iki əsrdə papa institutunun nüfuzu siyasi dairələrdə kifayət qədər zəifləyib. Amma bununla belə, Roma şəhəri yaxınlığında yerləşən Vatikan dövləti adlanan qurumdan və dünyada sayı 1 milyarddan çox olan katoliklərin lideri hesab olunan papa dünyada böyük ölçüdə nüfuza malikdir. Bu baxımdan yeni papa seçkiləri dünyada maraqla izlənilir.
Dünya katoliklərinin lideri postuna iddiaçılarla bağlı artıq ilkin məlumatlar var. 3 əsas namizəd var. Bunlar kardinal Mark Ouellet, kardinal Frensis Arinze və kardinal Peter Tuksondur. Qeyd edək ki, sonuncu Afrikanın Qana Respublikasında doğulub, 64 yaşlı kardinal Peter hazırda Vatikanın Sülh və Ədalət Şurasının sədri vəzifəsini tutur. Kardinal Peter İslam və müsəlmanlar haqqında qalmaqallı fikirlərin müəllifidir. Müşahidələrə əsasən ən şanslı namizəd məhz qaradərili afrikalı kardinaldır. O, qalib gələrsə, ABŞ kimi, Vatikana da ilk dəfə qaradərili şəxs rəhbərlik edəcək.
Əlavə edək ki, 86 yaşlı papa 16-cı Benedikt istefa qərarını bazar günü latınca etdiyi çıxışında bəyan edib və bunu yaşlanması, fiziki olaraq zəifləməsi ilə əlaqələndirib. Papalıq qaydalarında istefa hüququ tanınsa da, sonuncu dəfə istefa hüququndan istifadə edən Papa 12-ci Georgi 1415-ci ildə bu ali postdan imtina edib. Ancaq qaydalara görə, papa bu qərarını heç bir təzyiq olmadan açıq şəkildə ifadə etməlidir.