Roma papası I Fransisk Fransada xristian ruhanilər tərəfindən uşaqlara qarşı seksual xarakterli cinayətlərin törədilməsinə görə xəcalət çəkdiyini söyləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Vatikana gələn ziyarətçilərin kollektiv audiensiyası zamanı bəyan edib.
Roma papasının narahatlığına əsas səbəb, Fransada 1950-2020-ci illər arasında katolik kilsəsinin xadimlərinin yeniyetmə yaşına çatmamış insanlara qarşı zorakılıq, seksual istismar xarakterli əməllər törətməsi barədə hesabatın yayınlanacağıdır.
Kilsə çərçivəsində seksual cinayətlərin araşdırılması üzrə müstəqil komissiyanın (Ciase) son 3 il ərzində hazırladığı həmin sənəddə bir çox şok edici materiallar yer alıb. Hesabata əsasən, bəhs olunan dövrdə 216 min azyaşlı uşağa qarşı katolik keşişlər tərəfindən seksual zəmində cinayət hadisəsi törədilib. Əgər buraya kilsə ilə bağlı olan mülki vətəndaşların da cinayətləri əlavə olunsa həmin rəqəm 330 minə qədər gedib çıxır.
Musavat.com






