İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma papası, 50 milyonluq təyyarə, rusiyalı oliqarx , FİFA prezidenti və Putin amili

3465 04.07.2017 17:01 Son xəbər A A

Canni İnfantinonun Moskva ilə bağlantılarına dair qaranlıq məqamlar üzə çıxır

Britaniyanın The Daily Mail qəzeti FİFA prezidenti Canni İnfantinonun Putin rejimi ilə bağlantıları barədə maraqlı faktlar açıqlayıb.

Rob Dreyper adlı müəllfin yazısında İnfantinonun seçildikdən çox az bir müddət sonra vəzifəsindən getmə təhlükəsi, hətta həbs olunmaq perspektivi ilə üzləşdiyi qeyd olunub.

Belə ki, 2016-cı ilin martında FİFA prezidenti seçildikdən sonra İnfantino EasyJet şirkətinə məxsus təyyarə ilə Kardiffə (Uels) uçub. Həmin ilin mayında isə o, 50 milyon dollarlıq təyyarə ilə Roma papasından xeyir-dua almaq üçün Milandan Romaya gedib.

Papa ilə İnfantinonun görüşünü bütün dünyada göstəriblər. “Futbolda yalnız irəliyə doğru gedin və insanlara paklıq və şərəfin nə olduğunu göstərin” papa hər kəsin gözü önündə İnfantinoya deyib. “Biz elə məhz bunu istəyirik”, - FİFA prezidenti cavabında bildirib.

“Ancaq deyəsən FİFA-da bəzilərini bu görüntülər bərk qıcıqlandırıb”, - məqalə müəllifi təşkilat içindəki informasiya mənbəyinin ona bəzi maraqlı məlumatlar çatdırdığını qeyd eidr.

İnfantinonun uçduğu təyyarə Rusiyanın ən öndə gələn oliqarxlarından sayılan, Putinin yaxın çevrəsinə daxil olan, baş nazir Dmitri Medvedvin dostlarından biri kimi qələmə verilən özbək əsilli milyarder Əlişir Usmanova məxsus imiş. Bu adam Londonun “Arsenal” klubunun səhmlərinin 30%-nə sahibdir.

İnfnatinonun uçduğu təyyarə Dassault Falcon 7X tipli, unikal LX-USM göyərtə nömrəsinə sahibdir. Həmin nömrənin isə Usmanova aid USM holding-ə məxsus olduğu bildirilir.

FİFA daxilindəki mənbə İnfantinonun FİFA-nı səfər barədə qabaqcadan məlumatlandırmadığını qeyd edir. Halbuki FİFA ailəsinə mənsub hər bir üzv federasiyanın tutduğu təyyarələr istisna olmaqla, bütün hava gəzintiləri barədə məlumat verməyə borcludurlar.

FİFA-nın öz daxili sənədlərində İnfantinonun şəxsi təyyarələrdən istifadə etməsi, habelə bu kimi başqa hərəkətlərə görə təhqiqat altında olduğu göstərlir.

Dünya futbolunun təşkilatı rəhbərinin “maraqlar münaqişəsi” prinsipinin ziddinə getməsi hüquq-mühafizə orqanlarının, habelə təşkilaıtn öz daxilindəki təhqiqat qurumlarının diqqətini cəlb edib. Çünki hər kəs İnfantinonu vaxtilə 2018-ci ildə baş tutacaq futbol üzrə dünya çempionıtının Rusiyada keçirilməsnin baş lobbiçisi kimi tanıyır. Usmanovun Putinlə yaxınlığı isə şübhələri daha da artırıb.

Məqalə müəllifi Usmanovun “müstəqil” antidopinq komissiyasına, habelə DÇ-2018-in təşkilat komitəsinə daxil olduğunu xatırladır.

Doğrudur, nədənsə daha sonra İnfantinonun üzərindən bütün ittihamlar götürülüb.

FİFA-nin etika üzrə prokuroru bunu belə izah edib ki, “İnfantinonun Roma papası ilə görüşə getdiyi təyyarə, sən demə, Usmanova deyil, dostu Leon Semyenenkoya adi olub. Ona görə də burada maraqlar münaqişəsindən söhbət gedə bilməz”.

Buna rəğmən qəzet aydınlaşdırıb ki, İnfantino işlə bağlı FİFA-nın etika üzrə hakimi Hans-İaokim Ekert və baş təhqiqatçı Kornell Borbeli vəzifəsindən azad olunana qədər təhqiqat altında qalıb.

Məsələ burasındadır ki, İnfantinonun istifadə etdiyi LX-USM təyyarəsinin həqiqi sahibliyi ilə bağlı şübhələr hələ indiyə kimi qalmaqdadır.

Lüksemburqun mülki aviasiya direktorluğunun məlumatına əsasən təyyarə 2016-cı ilin mayın 12-i və mayın 16arasında Klaret 7x Limited şirkətindənTimberland 7x Limited şirkətinə keçib.

Qəzet Klaret 7x Limited şirkətinin sahibinin naməlum olduğunu və onun Kayman adalarında qeydə alındığını yazır.

Lakin Böyük Britaniyanın özündə də “Klaret Services Ltd” şirkəti faaliyyət göstərir ki, ona da Britaniyanın Vircin adalarında qeydiyyatda sayılan “Klaret Holdings Limited” firması nəzarət edir. Sonuncunun sahibi isə Əlişir Burxanoviç Usmanovdan başqası deyil..

Kayman adalarının baş reyestri isə Klaret 7X və Timberland-in eyni nömrəyə-7X251099- sahib şirkət olduğunu bildirib. Uzun sözün qısası, təyyarənin yiyəsi dəyişməyib, sadəcə, onun sahibi olan hüquqi firmanın adı başqa cür olub.

Bundan başqa, Leon Semyonenko Əlişir Usmanovun köməkçisi və ən yaxın adamlarından biri sayılır. O, Usmanova aid “Bank Raund”-un da rəhbəridir.

Qəzetin yazdığına görə, məqalədən sonra “yoldaş İnfantino” şəxsən özü zəng edib və həmn vaxt təyyarənin sahibi kimi yalnız Semyonenkonu tanıdığını söyləyib. Semyonenko isə Klaret 7x firmasını Usmanovdan almadığını bildirir. Lakin o, israrla şirkətin və təyyarənin əvvəlki sahibinin kim olduğun açaqlamaqdan imtin edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR