İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası 1500 nəfərə ziyafət verdi -Katolik Kilsəsi 2016-ci ildən “Kasıblar Günü”nü qeyd edir

315 17.11.2019 20:40 Dünya A A

Dünya katoliklərinin dini lideri Roma papası Francis 1500 ehtiyacı olan insan üçün nahar yeməyi verib. Bu xəbəri “Reuters” agentliyi yayıb.

Roma Katolik Kilsəsi Ümumdünya Kasıblar Günü münasibətilə Vatikan sarayındakı VI Paul Zalında dindarlar qarşısında moizə edib. Daha sonra isə Roma Papası onlarla birlikdə süfrə arxasına keçib.

Verilən təamlar sırasında İtaliya mətbəxinə aid lazanya və göbələk sousundakı toyuq, kartof qızarması yer alıb. Bundan başqa, süfrəyə şirniyyat, meyvə və qəhvə gəlib.

Kasıbçılıqdan danışan Roma Papası dindarları kasıblara mümkün qədər kömək etməyə səsləyib: “ Heç olmasa bir kasıb dostum varmı, sualını hər kəs özünə verməlidir".

Cənab Francisin təşəbbüsü ilə Roma Katolik kilsəsi “kasıblar günü”nü 2016-cı ildən etibarən hər il qeyd edir.

Elbəyi Həsənli, Sürix

Musavat.com

https://www.reuters.com/article/us-pope-poor/guess-whos-coming-to-lunch-pope-hosts-meal-for-1500-needy-people-idUSKBN1XR0GJ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR