İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma-katolik yeparxiyasının keçmiş rəhbəri keşişlərin seksual zorakılıqları ilə bağlı faktları gizlətdiklərini etiraf edib

315 01.08.2021 20:12 Dünya A A

Roma-katolik kilsəsinin ABŞ-ın Nyu-York şəhərindəki Olbani dairə yeparxiyasının rəhbəri tabeliyindəki keşişlər tərəfindən azyaşlılara və başqa ziyarətçilərə qarşı törədilən seksual zorakılıq faktlarını gizlətdiklərini etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

1977-2014-cü illərdə Olbanidəki yeparxiyaya rəhbrlik edən yepiskop Hovard Habbardın özü də seksual xarakterli cinayətlərdə ittiham olunur. O, “Albany Times Union” qəzetinə vəkili vasitəsilə etdiyi açıqlamada bununla bağlı sualları cavablayıb.

Hovard Habbardın sözlərinə görə, hələ 1970-ci illərdən bu yana keşişlərin iyrənc əməllərə qurşanması faktları aşkarlanan zaman, onları prokurorluğa təhvil vermək əvəzinə, psixoloqların yanına göndərilməsi praktikası mövcud olub.

“Lisenziyalı psixoloq və ya psixiatr ruhaninin öz əvvəlki xidmət yerinə geri dönə biləcəyi barədə arayış verən kimi, biz onları geri qaytarırdıq”, - deyə, yepiskop bildirib.

Xatırladaq ki, Olbani yeparxiyası ilə bağlı ştat prokurorluğuna 300-dən çox şikayət ərizəsi verilib. Bunların bir çoxu keşişlərin azyaşlı uşaqlara qarşı etdikləri seksual xarakterli cinayət əməlləri ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR