Rodriqes Amerikanın ən yaxşı futbolçusu seçildi
Amerika Beynəlxalq İdman Mətbuat Assosiasiyası Amerikada bu ilin ən yaxşı futbolçusunu seçib.
Qol.Az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, jurnalistlərin səsverməsinin nəticəsinə əsasən, Kolumbiya millisinin və "Real"ın yarımmüdafiəçisi Xames Rodriqes ilin ən yaxşısı olub.
Qeyd edək ki, Xames Rodriqes bu il “Real”la UEFA superkubokunu və klublararası dünya kubokunu qazanıb. O, "DÇ-2014"də isə turnirin bombardiri olub.






