İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert Köçəryan Ermənistanda güclü siyasi qüvvənin yaradılması barədə danışıb

645 08.05.2019 14:31 Region A A

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan bildirib ki, ölkədə yeni siyasətçilər və müxalifət partiyaları yaranır ki, bu da “güclü siyasi qüvvə”nin yaranmasına səbəb olacaq və o, bu müxalifətdə iştirak etmək niyyətindədir.

Virtualaz.org“Reuters”ə istinadən xəbər verir ki, müxalifətin işində iştirak etmək fikrinin olub-olmaması barədə suala keçmiş prezident “hə, əlbəttə” cavabını verib.

Onun sözlərinə görə, ötənilki kütləvi etiraz aksiyaları “cəmiyyətdə yığışıb qalmış narazılıq və dəyişikliklər istəyi” ilə bağlı idi. “Mən bunu inqilab adlandırmazdım, çünki böyük hesabla cəmiyyətdə aqressiyanın və rəhbərlikdə diletantlığın artmasından başqa ölkədə heç nə dəyişməyib”, - o əlavə edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR