İnsanlara hürriyət, millətlərə istiqlal!

Rio-2016: Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI

4936 22.08.2016 00:55 İdman A A
Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ən çox qızıl medal qazanmış ölkələrin siyahısı tərtib edilib.
 
APA-nın məlumatına görə, Olimpiya oyunlarında medal cədvəlində ilk yeri ABŞ idmançıları tutub: 46 qızıl, 37 gümüş, 38 bürünc medal.
 
Böyük Britaniya  27 qızıl, 23 gümüş və 17 bürünc medalla 2-ci pilləyə yüksələ bilib.
 
3-cü yerdə isə Çin yığması qərarlaşıb - 26 qızıl, 18 gümüş, 26 bürünc medal. 4-cü və 5-ci yerləri isə Rusiya (19 qızıl, 18 gümüş, 19 bürünc)  və Almaniya (17 qızıl, 10 gümüş, 15 bürünc) tutub. 

Qeyd edək ki, Azərbaycan yarışı 39-cu sırada başa vurub.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR