İnsanlara hürriyət, millətlərə istiqlal!

Riki Martin Bakıda hansı oliqarxın qızının toyunda oxuyub?

3222 13.01.2015 14:12 Maraqlı A A
Puerto-Rikodan olan müğənni, əsl adı və soyadı Enrike Martin Morales olan Riki Martin Bakıda olub.

Milli.Az bildirir ki, 43 yaşlı müğənnini ölkədəki iş adamlarından biri qızının toyuna dəvət edibmiş.

Dəvətə görə R.Martinə ödənmiş məbləğ açıqlanmasa da müğənninin menecerlərinin "həddən artıq razı qaldıqları" vurğulanır.

Bakıya bir günlük gəlmiş R.Martin toyda 4 mahnı oxuyandan sonra ertəsi gün Azərbaycanı tərk edib.

Maraqlıdır ki, toyda kimsənin R.Martinin fotolarını çəkməsinə icazə verilməyib.

Qeyd edək ki, prezident İlham Əliyev özlərinə və ya övladlarına dəbdəbəli toy və ad günü mərasimləri keçirən, fantastik məbləğdə yüksək qonorar müqabilində xaricdən müğənnilər dəvət edən oliqarxlara xəbərdarlıq edib. Onlardan bu cür dəbdəbəyə son qoymağı tələb edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR