Riçard Morninqstar: Ankara "Türk axını"nın TANAP-la rəqabətə girməsinə icazə verməyəcək
“Türk axını” Transanadolu boru kəmərinin (TANAP) reallaşdırılmasına təsir etməyəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında yaxşı münasibətlər qurulub və Ankara “Türk axını”na TANAP ilə rəqabətə girməyə icazə verməyəcək.






