"Mən də razıyam ki, əvvəlki formamdan uzağam"
Musavat.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah “Kopenhagen”i qəbul edəcək.
Matçdan öncə keçirilən mətbuat konfransında Almeyda da iştirak edib. O, sabahkı matç barədə bunları deyib: “Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas da budur".
- Əksəriyyət əvvəlki kimi oynamadığınızı düşünür. Bunu yaş amili və ya Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirənlər var. Bu fikirlə razılaşırsızmı?
- Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdur.
Musavat.com






