İnsanlara hürriyət, millətlərə istiqlal!

RHİMİB özünün 3 yaşında bir qrup yeni nəsil aydını ilə görüş təşkil etdi FOTO

446 06.03.2021 20:38 Ölkə A A

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) özünün təsis olunmasının 3-cü ildönümünü bir qrup yeni nəsil aydını ilə birlikdə qeyd edib. Bundan öncə şəhid ailələri, qazilər və hərbiyönümlü QHT rəhbərləri ilə görüşdüklərini xatırladan RHİMİB sədri Arzu Bağırova Birliyin yaradılmasının 3-cü ildönümünü pandemiya məhdudiyyətlərinə görə geniş keçirmək mümkün olmadığını, ona görə də, hissə-hissə şəhid ailələri, qazilər, hərbiyönümlü QHT rəhbərləri və ziyalılarla görüşməyi, ötən dövrdə görülmüş işlər haqqında məhz onlara məlumat verməyi, onları dinləməyi, aydınların maarifçiliyin genişlənməsi mövzusunda tövsiyyələrini eşitməyi daha məqsədəuyğun saydıqlarını vurğulayıb:

“Birliyimizin qurulmasının 3-cü ili tamam olur. Öncəki illər içində görülmüş işlərlə bağlı RHİMİB-in açıqlamaları dövri mətbuatda, ictimai birliyin nəşrində öz yerini tapıb.

Mədəniyyətə, incəsənətə dəstək RHİMİB-nin çalışmalarında ana xətt təşkil edir, desək, yanılmarıq. Xalq rəssamları, Xalq artistləri – ümumən görkəmli sənətkarlar və gənc istedadlarla görüşlər zövq verir, ruhumuzu dirçəldir, sənətin estetik dəyərlərinin dalğa-dalğa yayılmasına, yeni ünvanlar qazanmasına münbit ortam yaradır. Xalq rəssamı Arif Hüseynovun, Xalq rəssamı Siruz Mirzəzadənin emalatxanasında olduq, əsərlərini qərargahımıza qazandırdıq, söhbətlərini yaddaşımıza… Dekorativ tətbiqi-sənət rəssamı Aygün Nağıyevanı qərargahımızda qəbul etmək, işləri ilə tanış olmaq da xoş oldu.

Əlbəttə, daha çox sənətkar və istedadlı gəncimizlə görüşmüşük və görüşlər davam edəcək və əlbəttə, bu görüşləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə birlikdə gerçəkləşdirmişik. Ümumiyətcə Mədəniyyət Komitəsi ilə sıx əməkdaşlığımız mədəniyyətyönümlü layihələrimizin ardıcıl xarakter almasına, üfüqümüzün genişlənməsinə ciddi dəstəkdir.
Məsələn, “Evdə qal. Kitab oxu” kompaniyasına dəstək məqsədi ilə vətəndaşlarımıza, özəlliklə, gənclərimizə minlərlə kitab bağışladıq.

Qardaş ölkə və topluluqlarla əlaqələrin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi planında çalışmalarımız davam etdi. Başqırd Dövlət Gənclər Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü Aygiz Baymuxammetin, DGTYB tərəfindən Azərbaycan dilində kitablaşdırılmış “Getmə, ana” romanını nəşr etdik.

Qazax ədəbiyyatının klassiki ABAYın 200 illik yubileyi münasibəti ilə, Mahmud Kaşqari Fondunun hazırladığı - klassikin əsərlərinin Azərbaycan dilində nəşrini həyata keçirdik.

Qardaş ölkə və toplluqlarla ənəkdaşlıqda əsas istiqamətlərdən biri də Azərbaycan həqiqətlərinin təbliği təşkil edib. “Qarabağ hekayələri”nin özbək və qırğızca nəşrinə dəstək verməyimiz ötən ilki işlərimiz sırasında özünəməxsus yerə sahibdir.

Ümidvarıq ki bundan sonra da bir vətəndaş cəmiyyəti institutu olaraq öz mənəvi məsuliyyətimizin fərqində olaraq, şəhidlərimizin ruhunun şad olması, tarixi zəfərimizin daha da möhkəmlənməsi, necə deyərlər, azadlıqdan abadlığa, vəhşi düşmənin işğal dağıntılarından dinc quruculuğa, mədəniyyətə keçidə töhfələr verməkçün əlimizdən gələni edəcəyik”.

Əməkdar İncəsənət xadimi Orxan Fikrətoğlu, Axıska Türklərinin "Vətən" Cəmiyyətinin başqanı İsmayıl Rəhimov, Əli Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, Mahmud Kaşqari Fondunun başqanı, şair Elxan Zal, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, "Söz" Ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadə, "Hədəf" milli təhsil brendinin yaradıcısı, nasir, ədəbiyyatşünas Şəmil Sadiq, ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ünlü solo-saz ifaçlısı Fəzail Miskinkli ilə keçirilən görüşdə – Milli Məclisin Komitə sədrləri Qənirə Paşayeva və Sadiq Qurbanov iştirak edib.

Millət vəkilləri Arzu Bağırovanın timsalında RHİMİB-in bütün üzv və təəssübkeşlərini təbrik edib, onlara yeni uğurlar diləyib. Q.Paşayeva və S.Qurbanov RHİMİB-in öz yaranma günündə yeni nəsil aydınları ilə görüşməsini tqədirəlayiq hal kimi dəyərləndirib.

İsmayıl Rəhimov, İbrahim İlyaslı, Elxan Zal, İntiqam Yaşar, Nigar Həsənzadə, Şəmil Sadiq təmsil etdikləri qurumlar adından RHİMİB sədri Arzu Bağırovaya "Fəxri fərman", "Fəxri üzvlük" sənədi və "Diplom" təqdim ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR