İnsanlara hürriyət, millətlərə istiqlal!

RF Federasiya Şurası: ABŞ-da Rusiyaya qarşı hücum çağırışları nüvə müharibəsinə gətirib çıxara bilər

642 09.02.2019 17:44 Dünya A A

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü Oleq Morozov ABŞ Hərbi-dəniz qüvvələrinin hərbi-dəniz əmliyyatları üzrə rəhbəri, admiral Con Riçardsonun Rusiyaya və Çinə “hücuma keçməyin zamanı gəldiyi” barədə sözlərinə cavab verib.

“RiaNovosti” agentliyinin bununla bağlı suallarına cavab verən O. Morozov bu sözlərin əvvəl-axır nüvə müharibəsinə gətirib çıxaracağını söyləyib.

“Basmaq, “zərbəni birinci endirmək”,-bu əslində heç bir səbəb göstərmədən müharibə deməkdir”,-deyə Rusiya senatoru bildirib.

Onun sözlərinə görə, ABŞ-ın aktivliyi fonunda Rusiyanın hərəkətləri “minimal özünümüdafiə”yə bənzəyir.

“ABŞ və Rusiya arasında istənilən lokal münaqişə nüvə savaşı təhlükəsini və böyük müharibə təhdidini daşıyır,”-deyə Oleq Morozov qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR