İnsanlara hürriyət, millətlərə istiqlal!

Reza Deqati: "Çoxlu sayda münaqişə zonasında olmuşam, amma Cəbrayıldakı dəhşətli mənzərəni heç yerdə görməmişəm"

707 06.02.2021 15:39 Ölkə A A

“Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir”.

“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, bunu dünya şöhrətli fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən deyib.

O vurğulayıb ki, ermənilər bütün qəbirləri dağıdıblar: “Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam. Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR