İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulzadənin şəkli olan maska taxdığı üçün saxlanıldığı deyilən şəxslə bağlı məhkəmə qərarı

2915 27.06.2020 21:05 Gündəm A A

Sumqayıtda Məhəmməd Əmin Rəsulzadənin şəkli olan maskanı taxdığı üçün saxlanıldığı deyilən Cavid Məmmədzadə ilə bağlı məhkəmə qərarı verib.

Musavat.com xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi Cavid Məmmədzadə barəsində inzibati qaydada 10 gün müddətinə həbs qərarı çıxarıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Cavid Məmmədzadənin üzərində Rəsulzadənin şəkili olan maska taxdığına görə saxlanılması iddialarını təkzib edib.

Polkovnik qeyd edib ki, Cavid Məmmədzadə karantin qaydasını pozduğu üçün saxlanılıb:

"Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?

Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyinə görə saxlanılıb. O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirən zaman həmin şəxs polisin yanından uzaqlaşaraq getmək istəyib. Polislər onu dayanmağa dəvət etsələr də, o, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb".

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR