İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulov komediya ustası Gevorkyanı niyə öldürüb...

1303 23.01.2024 13:35 Dünya A A

Soçidə keçirilən KVN festivalında komediya ustası Amiran Gevorkyanın öldüyü davanın səbəbi məlum olub.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, münaqişə onun öz kompanyonunun anasını təhqir etməsi ilə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Gevorkyan və 32 yaşlı dağıstanlı Artur Rəsulov əvvəlcə barda birlikdə içki içiblər, lakin sonra aralarında mübahisə başlayıb. Münaqişə davaya çevrilib və təhlükəsizlik xidməti onları bardan çıxarıb. Küçədə Rəsulov Gevorkyanı bir neçə dəfə vurub və o, ağır kəllə-beyin travması və epidural hematomalar xəsarəti alıb.

Rəsulovun dostları bildiriblər ki, Gevorkyan onun anasını təhqir edib və ümumiyyətlə, “özünü itaətsiz aparıb”.

Rəsulovun festivala “Laxmacu” komandası ilə gəldiyi, lakin komandanın üzvlərinin orada çıxış etmədiyi, sadəcə, şənliklərə getdiyi vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR