İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyevin partiyasının qərargahı və sədrin avtomobili geri alındı

533 31.08.2013 09:40 Siyasət A A
Qeyd edək ki, bundan bir neçə gün öncə də S.Əkbərin istifadə etdiyi “Hummer” markalı avtomobil geri alınmışdı və bir neçə həftə idi ACP sədri “Mercedes” markalı avtomobillə gəzirdi. Dünən isə məlum olub ki, artıq “Mersedes” də geri alınıb. S.Əkbər mətbuata müsahibəsində daha “Mercedes”in də olmadığını deyib və metro ilə gedib-gəldiyini söyləyib.
S.Əkbər rəhbərlik etdiyi partiyanın hazırda KXCP-nin qərargahında yerləşdiyini bildirib: “ACP icarəyə götürdüyü qərargahdan avqustun 25-də çıxarılıb. Hazırda biz KXCP-nin qərargahında yerləşmişik. Sağ olsun Mirmahmud Mirəlioğlu, bizə yer verdi”.
ACP sədrinin fikrincə, onların qərargahdan çıxarılması Milli Şura ilə bağlı olub: “Bizim ofisdən çıxarılmağımız hesab edirəm ki, Milli Şura ilə bağlı oldu. Milli Şuranın bir neçə toplantısı orada keçirildiyindən belə bir addım atdılar. Hələlik icarəyə ofis götürməyə gəlincə özümüzə gələk, sonra bu haqda düşünəcəyik”.
ACP-nin çıxarıldığı qərargahla bağlı sayta digər məlumat da daxil olub. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, iş adamı Azər Əsgərova məxsus ofis ACP-dən alınraq AXCP-yə veriləcək. Hazırda AXCP ilə bu istiqamətdə danışıqlar aparıldığı qeyd olunur.
Sülhəddin Əkbər isə bu haqda məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, bu barədə ofis sahibi qərar verə bilər. 
Qeyd edək ki, ofisin sahibi Azər Əsgərov bir müddət öncə obyektin təcili satılması üçün birja portallarında elan vermişdi. Vaxtilə 3 milyon dollar qiymət qoyulan ofis bu yaxınlarda 800 min dollara satışa çıxarılmışdı. Media sözügedən ofisin sahibi Azər Əsgərovu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun müavini Orucəli Hacıyevə yaxın adam kimi qələmə verib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə “Yeni Müsavat”a açıqlamasında sözügedən ofisin AXCP-yə icarəyə veriləcəyi barədə xəbərin əsası olmadığını bildirdi: “Bizim partiyada ACP-nin çıxarıldığı qərargahın icarəyə götürülməsi barədə məsələ müzakirə olunmayıb. Həmin qərargahın icarə haqqı kifayət qədər bahadır. AXCP-nin də təəssüf ki, maddi imkanları onu icarəyə götürməyə imkan vermir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR