İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏSUL QULİYEVİN PARTİYASI SEÇKİDƏ İŞTİRAK ETMƏYƏCƏK

1664 08.09.2010 08:48 Siyasət A A

Partiyada bir çoxları hesab edir ki, seçkiyə təkbaşına getmək daha uğurlu variantdır. Lakin seçki bloklarından birinə qoşulmağın tərəfdarları da var. Bu barədə bizimlə söhbətində AMİP katibi Əli Orucov məlumat verdi. Əli Orucov hansı variantın üzərində dayanılmasının 4 gündən sonra bəlli olacağını dedi. Onun sözlərinə görə, sentyabrın 11-də Mərkəzi Şuranın iclasında seçkilərdə iştirakla bağlı AMİP-in yekun qərarı olacaq və partiyanın namizədləri elan ediləcək.
Qeyd edək ki, AMİP-in sədri Yusif Bağırzadə Gəncədəki dairələrin birindən namizəd olacaq. Partiyanın lideri Etibar Məmmədovun isə seçkilərdə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Ə.Orucov qeyd etdi ki, Etibar Məmmədov hələlik bu barədə qərarını onlara açıqlamayıb.
Ölkədə tanınmış daha bir siyasətçinin lideri olduğu partiya isə seçkiyə qatılmayacaq. Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası (ACP) parlament seçkilərinə qatılmaqdan imtina edib. Bu barədə dünən “Qafqazinfo”ya partiya sədrinin müavini Nizami Məmmədov məlumat verib. N. Məmmədov deyib ki, parlament seçkilərinə rəsmi start verilməsinə baxmayaraq, ACP-nin nə İdarə Heyəti, nə də Məclisin toplantısı keçirilib və məsələ müzakirə olunmayıb: “Ona görə çox güman ki, biz seçkilərdə iştirak etməyəcəyik”.
N.Məmmədov onu da bildirib ki, partiya lideri Rəsul Quliyev bununla bağlı mövqeyini açıqlamayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR