Rəsul Quliyevdən xalqa çağırış: “Evlərinizdə gizlənməyin….”
Savash.org-un məlumatına görə, eks-spiker Rəsul Quliyev özünün facebook profilində Azərbaycan xalqına müraciət edərək, hamını Milli Şuranın 18 avqust mitinqinə çağırıb. Azərbaycana qayıdışını reallaşdıra bilməyən eks-spikrer yazıb:
“Əziz həmvətənlər! Biz total deqradasiyanın astanasındayıq. İnanın ki, Azərbaycan xalqı, konkret sizin hər biriniz belə yaşamağa və övladlarınızın da bu yaşantını davam etdirməsinə layiq deyilsiniz. Özünüzün, övladlarınızın gələcəyinin, bütövlüklə xalqın azadlığı uğrunda ayağa qalxın. 18 Avqust mitinqində aktiv iştirak edin. Sizin 3-4 saat özünüzə əziyyət verməniz Azərbaycan xalqının əbədi xoşbəxtliyi ilə qurtarar. Sizin aktivliyiniz, ciblərinizdən oğurlanan milyardları özünüzə qaytarar, ‘’buyur ağa’’ psixologiyasından xilas edər. Höküməti azad və ədalətli seçkilərin keçirməsinə məcbur etmək hər birimizin fərdi məsuliyyətidir.
Məsuliyyətdən qaçıb, evlərinizdə gizlənməyin, hamı 18 Avqust mitinqinə…”