İnsanlara hürriyət, millətlərə istiqlal!

Restorandan oğurluq edən və narkotik satan şəxs saxlanılıb

449 16.02.2023 15:07 Kriminal A A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 50 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

E.Rüstəmzalovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun digər iki nəfər tanışı- əvvəllər dəfələrlə məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları məlum olub. Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Keçirilən tədbirlərlə digər iki nəfər də müəyyən edilərək təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR