İnsanlara hürriyət, millətlərə istiqlal!

Restoranda böyük akvarium partladı

932 29.12.2018 04:14 Dünya A A

Amerikanın Texas ştatındakı Hyuston şəhərində, bir restoranda akvariumun deşilməsi ilə aləm bir-birinə dəyib. Ofisiantlar isə akvariumdakı suyu zibil konteynerlərinin köməyi ilə kənarlaşdırmağa çalışıblar. Baş vermiş insidenti Vendi Yanq adlı şəhər sakini videoya çəkib və bunu Facebook vasitəsilə yayımlayıb.

Qadın anası ilə birlikdə Yeni il ərəfəsində restorana getsə də, ailə yeməyi plana uyğun keçməyib. “Böyük akvarium birdən silkələnməyə başladı. Oradan bir hissənin qopması ilə suyun da yerə axması bir oldu. Restoranın ofisiantları dərhal təmizliyə başlasalar da, müştərilərə də xidmət göstərməkdə davam etdilər. Amma onların iri zibil yeşiklərini içəri gətirib, suyu ora boşaltmaları o qədər də xoş olmadı. Əksinə, daha çox iştah qaçırıcı idi”.

Videodan da görünür ki, ofisiantların bu üsulla suyun qarşısını alması cəhdləri uğursuzluqla nəticələnib. Çünki suyun miqdarı zibil yeşiklərinin həcmindən qat-qat böyük olub və yeşiklər suyu doldurmağa kifayət qədər vaxt lazım olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR