İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Tehran İran körfəzində yaradılacaq koalisiyaya sərt reaksiya verdi

1018 23.07.2019 20:29 Dünya A A

“İran körfəzinin qorunması üzrə beynəlxalq koalisyanın yaradılması bölgənin təhlükəsizliyinə  vurulan böyük zərbədir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İshak Cahangirin bəyanatında belə deyilir.

Qeyd olunur ki, bundan daha öncə ABŞ dövlət katibi Maykl Pompeo İran və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında patrul işlərinin aparılması üçün koalisiya qurulacağının anonsunu vermişdi.

“Regionun təhlükəsizliyi naminə koalisiya qurulmasına heç bir ehtiyac yoxdur. Bölgə kənarına çıxaraq qrup formalaşdırmaq istəyən dövlətlər ərazilərin müdafiəsiz vəziyətdə qoymaqdan başqa bir iş görmürlər”,- deyə İ.Cahangiri bildirib.

İran rəsmisinin sözlərinə görə, rəsmi Tehran həmişə gəmilərin və körfəzin təhlükəsizliyini təmin edib.

“Defence One” saytı isə ABŞ-ın Birləşmiş qərargahlar komitəsinin sədri (Baş qərargah rəisi-red.) general Cozef Danforda istinadən Donald Tramp administrasiyasının İran və Yəmən sularında nəzarəti gücləndirmək məqsədilə bölgədəki ərəb dövlətlərinin iştirakı ilə beynəlxalq birlik yaratmaq niyyəti haqqında məlumat verib.

General Cozef Danford Hörmüz və Bab-Əl-Məndab bölgələrində nəqliyyat azadlığını təmin edəcək strategiyanın hazırlanması üzərində  çalışdıqlarını bildirib. Pentaqon rəhbərinin köməkçisi Ketrin Uilbarger isə koalisiyanın İran əleyhinə deyil, ilk öncə kəşfiyyat və müşahidə yolu ilə gəmi nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün qurulacağını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR