Rusiya Qazaxıstanda gedən proseslərdən ciddi narahat olmağa başlayıb.
Konkret.az rus sosial şəbəkələrində Orta Asiyanın ən böyük ölkəsində dil basqınlarının geniş vüsət aldığı barədə məlumatlar və videolar paylaşılır.
Həmin paylaşımlarda deyilir ki, son zamanlar qazax millətçiləri dükanlara və dövlət idarələrinə girərək işçilərin qazax dili biliyini yoxlamaq üçün “dil basqınları” təşkil edirlər. Paylaşımlar isə kameraya çəkilir, sonra video YouTube-a yüklənir. Bu görüntülərdə xüsusilə rusdilli vətəndaşların üzrxahlıqlarını yayırlar.
Rəsmi Moskva da hesab edir ki, respublikada təxribatlar geniş vüsət alıb. Rus ekspertlər də vurğulayır ki, Qazaxıstanda millətçilərin təhriki ilə millətlərarası gərginlik fəal şəkildə artıb. Rusiyada ictimaiyyət tərəfindən bu proseslərə səfərbərlik şəklində mənfi reaksiyalar gəlir.
Qazaxıstan hakimiyyəti isə rusların üzr istədiyi videoların millətlərarası münaqişələr deyil, daxili məsələ olduğunu deyir. Dövlət rəsmiləri hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Qazaxıstandakı səfirliyi faktları hərtərəfli araşdırmadan bu vəziyyəti şərh etməklə tələsik addımlar atır.
Bu gün Rusiya cəmiyyətində kütləvi qəzəbdən sonra Qazaxıstan elitləri Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayevin ağzından “mağara millətçiliyi”nə diqqət çəkiblər.
Ayrı-ayrı teleqram kanalları Rusiya Xarici İşlər Nazirliyini ədalətsizlikdə ittiham edir. Onlara görə Qazaxıstanın özündə belə qəzəblənmiş ictimai fəallar yoxdur, millətçilərin hərəkətlərinə qarşı bir kampaniya başlanmayıb, rusiyapərəst lobbi isə parlamentdə aktiv deyil. Rus diplomatlar yenə nə etdiklərini anlamırlar. Qonşu respublikada heç kim ictimai təsir vasitələrini yaratmağa cəhd etmir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Nikolay Laxonin əmin olduğunu bildirib ki, “dil basqınları” ilə bağlı hadisələri Qazaxıstan hakimiyyəti cavabsız qoymayacaq.






