İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqovdan milliyə baş məşqçi təyin olunacağı məsələsinə münasibət: "Prosineçkinin qalıb-gedəcəyi bilinmir"

1466 12.10.2017 12:38 İdman A A

"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib.

"Report" xəbər verir ki, hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib:

"Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O, deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR