İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqov: "Rəqib səhvlərimizə qarşı amansız idi"

966 10.04.2022 00:53 İdman A A

"Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olanda qələbə qazanmaq müşkülə çevrilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR