İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə - FOTO

501 09.06.2023 13:21 Ölkə A A

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.

Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR