İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Məmmədovun atasına qarşı dələduzluq edən şəxsə 9 il cəza istənildi

793 03.10.2018 17:56 Son xəbər A A

Ləğv edilmiş MTN tərəfindən həbs edilən və daha sonra şərti cəza ilə azadlığa çıxan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəhbəri Rəşad Məmmədov və onun atasına qarşı dələduzluq etməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror V.Məlikovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Vəsait Məlikovun işində daha bir neçə zərərçəkmiş var. İttihama görə onlara torpaq satacağı adı ilə ümumulikdə 800 min manat dələduzluq edib. Həmin şəxslər Rəşad Məmmədov, atası və qaynıdır.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanan Vəsait Məlikova Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR