İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Mahmudov: “Astara şəhərinin su və kanalizasiya məsələsi niyə kəm-kəsirlə yerinə yetirilib?”

946 25.12.2020 14:00 Ölkə A A

 

Milli Məclisdəki büdcə müzakirələrində söz alan deputat, məşhur ürək cərrahı Rəşad Mahmudov seçicilərinin onu narahat edən əsas problemlərindən danışdı.

Musavat.com xəbər verir ki, deputat bildirdi ki, seçildiyi Astara rayonunda ən ciddi məsələ kanalizasiya probleminin bu günədək həllini tapmamasıdır: “2008-ci ildə Astara şəhərində su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunub. Ötən dövr ərzində su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsi həllini tapmayıb”.

R. Mahmudov əlavə etdi ki, layihənin indiyə qədər tam icra olunmaması seçicilərdə suallar doğurur və bu sualı da dünən seçicilərdən biri parlamentdə səsləndirilməsini xahiş edib:

“Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiya ilə bağlı məsələ niyə kəm-kəsirlə yerinə yetirilib? Seçicim məntiqi olaraq sual verir ki, Şuşada bu il su və kanalizasiya işlərinə başlanılsa, müvafiq qurumlar o işləri neçə ilə başa çatdıracaqlar? Xahiş edirəm ki, büdcə müzakirələri zamanı “Azərsu” rəhbərliyi bu sualı cavablandırsın”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR