İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanənin qızının adı “Giveaway” fırıldaqçılığında hallanır FOTO

2493 22.06.2020 16:57 Qalmaqal A A

Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanı fırıldaqçılıqda ittiham edirlər. 

Musavat.com xəbər verir ki, Gülsüm Məcidova adlı xanım instaqramda məlumat paylaşıb. O,  bildirib ki, Aysunun səhifəsində keçirilən “Giveaway”ə qoşulub, lakin ona edilən vədlər yerinə yetirilməyib:

"Aysun İsmayılovanın səhifəsində keçirilən yarışmada sponsor oldum. Amma mənə deyilən izləyici gəlmədi və vədlər yerinə yetirilmədi. Pulu ödəyənə qədər nə yazırdım, cavab verirdilər. Pulu ödəyib qurtarandan sonra isə cavab vermir. Aysun da heç bir şikayətə cavab vermir, mesajlara baxmır. Mənim kimi 165 sponsor eyni şikayəti edir. Bu cür saxta, pul tələsi olan yarışlara qoşulmayın.
Ya da yeni yarış keçirsinlər, yenidən bizi sponsor etsinlər. Pul ödəmişik, çeklər əlimizdədir. Əks halda məsələni hüquq müstəvisində həll edəcəyik. Burada məsələ pulda yox, insanların hissləri ilə oynamalarıdır. Biz Aysunun adına güvənib pul ödədik. Aysun indi yarıçma ilə bağlı paylaşımını da silib. Heç yarışmada qaliblər də seçilmədi. Təşkilatçı deyir ki, Aysuna 2500 manat vermişəm. Aysun isə deyir ki, yarışma bizim deyil. Bunu ilk gündən deməli idi. Aysun yarışla bağlı postu da səhifəsindən silib".

Qeyd edək ki, son zamanlar instaqram sosial şəbəkəsində məşhur olan "Giveaway" oyununa görə, sponsorlar yüksək məbləğdə pul mükafatı, avtomobil, zinət əşyaları, mobil telefon və başqa bahalı hədiyyələri uduşa qoyurlar. Bunun qarşılığında sponsor səhifəyə minlərlə izləyici vəd edilir. İzləyicilər isə qoyulan vaxt ərzində statusda qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməli və həmin posta dostlarını "tag" etməlidirlər. Sonda proqramla seçilən qalibə hədiyyələr təqdim edilir.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR