İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqs etmək üstündə bəyin dostunu öldürən şəxsə hökm oxundu- 10 il 6 ay

598 14.11.2018 14:51 Son xəbər A A

Toyda bəylə oynamaq üstündə başlayan mübahisə zamanı qonağı öldürən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən S.Mirzəbəyov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda baş verib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən toy mərasimi zamanı gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

İttihamda yazılır ki, İlham Qədirovu bəy Elnur Babayevin dayısı, 39 yaşlı S.Mirzəbəyov bıçaqlayıb. Mərhum İlham Qədirov isə toyda bəyin sağdışı olub. Onunla bəyin dayısı S.Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Mübahisə nəticəsində bəyin dayısı qonağı bıçaqlayaraq qətlə yetirib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR