İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqqasə Fatimə Üzeyir Hacıbəylinin 'Cəngi' əsərinə çəkdirdiyi klipi təqdim etdi - FOTO

1037 16.09.2016 12:53 Şou-biznes A A

Rəqqasə Fatimə Fətəliyeva bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsərinə çəkdirdiyi klipin təqdimat mərasimini keçirib. 

Musavat.com saytının məlumatına görə, çəkilişləri Xızıda aparılan ekran işinin təqdimatı Rəşid Behbudov adına Mahnı teatrında baş tutub.  

Mərasim rəqqasənin tələbələrinin “Cəngi” rəqsi ilə başlayıb.  Daha sonra qonaqları salamlayan rəqqasə təəssüratlarını bölüşüb: “Çəkilişlər Xızı dağlarında keçirildi. Gecə saatlarına kimi iş başında olduq. Klipdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Yaxşı ki, varsınız və gözəı iş ərsəyə gətirməyimizə yardım etdiniz”. 

Mərasimdə Arif Qazıyev, Məleykə Əsədova, Lalə Məmmədova,  Roza Zərgərli, Günay İbrahimli, Samira Allahverdi və başqaları qatılıb. 

Qeyd edək ki, klipin rejissoru Nail Naiboğludur. F. Fətəliyevanı klipdə 10 rəqqas müşayiət edib. 
 
Könül İbrahim,
Musavat.com.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR