İnsanlara hürriyət, millətlərə istiqlal!

Reportyorlar deputata ucuz gilasın yerini göstərdi - Videoreportaj

5502 25.06.2022 20:00 Ölkə A A

Son iki gündə cəmiyyətdə ən çox müzakirə olunan məsələ millət vəkili Fəzail Ağamalının yeni çıxan meyvələrin qiymətinin bahalığı ilə bağlı söykədikləridir.

“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”, – deyə o bildirib.

Fəzail Ağamalının sözləri mətbuatda və sosial mediada ciddi müzakirə mövzusuna çevrilib. TV Müsavatın reportyor heyəti bazarlarda meyvələrin qiyməti ilə maraqlandı. Təzə çıxan meyvələr insanlar üçün əlçatandırmı?


Nəticədə məlum oldu ki, kilosu 2 manat olan gilası almaq Bakı sakinləri üçün o qədər də problem deyil. Bunun üçün sadəcə keyfiyyətli və ucuz qiymətə satılan gilasın yerini bilmək lazımdır.

Nərminə Aydın,
Anar Əhməd,
Foto, video Rafət Şahbazovundur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR