İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətaidə yanan binanın təmiri ilə bağlı şok FAKTLAR: narazı sakinlərlə VİDEOREPORTAJ, FOTOLAR

8202 28.06.2015 13:45 Reportaj A A



Xətai rayonu ərazisindəki yanan bina təmir edilərək, sakinlərin istifadəsinə verilib. Artıq binanın fasadında və mənzillərdə təmir işləri yeklunlaşıb, son tamamlanma işləri gedir. Sakinlərin bəziləri evlərinə köçüb, bir qismi isə təmirin yekunlaşmasını gözləyir. 

Musavat.com-un müxbiri belə bir məqamda yanan binaya baş çəkərək, evlərin təmiri ilə maraqlanıb və sakinlərin aparılan işlərə münasibətini öyrənməyə çalışıb. 

Beləliklə, binada ilk qarşılaşdığımız yanıq qoxulu, hisdən qaralmış dəhlizlər oldu. Dəhlizlər təmir olunmadığından yanğının izləri hələ də qalmaqdadır. Müvafiq qurumlar dəhlizlərin də təmirinə söz versələr də, yaşayışın bərpa olunmasına baxmayaraq, hələ bu vədə əməl etməyiblər. 

Mənzillər isə təmirdən sonra yaşanacaq hala gəlsə də, zərərçəkən sakinlər görülən işlərdən bir o qədər də məmnun deyillər. Bəzi sakinlər evlərinin təmiri üçün lazım olan tikinti materiallarını özlərinin aldığını dedilər, bəziləri isə kompensasyanın azlığından şikayətləndilər.
 
Sakinlər deyirlər ki, evləri təmir edərkən ən ucuz və keyfiyyətsiz materiallardan istifadə olunub. Bu səbəbdən də məcbur olub, özləri əlavə xərc çəkərək, materialları daha keyfiyyətlisi ilə əvəz ediblər.  

Sakinlər binanın fasadının da keyfiyyətsiz şəkildə boyandığını və artıq boyanın qopmağa başladığını deyirlər.
 
Qeyd edək ki, yanğın zamanı evləri yanmayan, lakin tüstüdən və su şırnağından zərər çəkən ailələrə isə heç bir kompensasiya ödənilməyib. 

Evi yanan ailələrə isə 15 min manat kompensasiya verilib. Ancaq zərərçəkənlər bu məbləğin dəymiş ziyanı qarşılamadığını bildirirlər. 

Sakinlər deyirlər ki, bu vəsaitlə evdəki əşyaları ala bilsələr də, yanan qızıl-zinət əşyalarının və pulların dəyəri ödənilməyib. 

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Salmanov,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR