FaktXəbər-in verdiyi məlumata görə, Böyük Britaniya qaçqınlara qarşı irqi ayrı-seçkiliklə bağlı araşdırmalara başlanılıb.
Söhbət İngiltərənin şimal-şərqində Midlsbro şəhərində mühacirlərin qırmızı qapılı evlərdə yerləşdirilməsindən gedir. Dəstək qrupunun iddiasına görə, beləliklə onlar qaçqınlara qarşı radikal mövqedə olan şəxslərin açıq hədəfində qalıblar. Yerli KİV-də bildirilir ki, bu evlər yumurta, daş atəşinə tutulur. Bəzi qapıların üzərində ultrasağçı Britaniya Milli Cəböhəsinin emblemini görmək olar.
Suriyadan olan Camal Həriri deyir ki, ona hörmətsiz yanaşırlar: «Şəhərdə hamı bilir ki, qırmızı qapılı evlərdə qaçqınlar yaşayır».
İstintaqın başlanıldığı barədə məlumatı Böyük Britaniüyanın Miqrasiya İdarəsinin rəhbəri Ceyms Brokenşir bildirib.
Mühacirlərə verilən evlər sahibkar Stüart Monka aiddir. O, ittihamlarla razı olmadığını, qaçqınların da buna görə ona müraciət etmədiklərini bildirib. Qaçqınlara yerli dəstək qruppu isə bu məsələ ilə əlaqədar nəinki kompaniyaya, hətta regional hökumətə hələ 3 il bundan öncə müraciət etdiyini deyir.
Kardiffdə isə miqrantları ərzaqla təmin edən özəl kompaniya onları rəngli qolbağ taxmağa məcbur edir.
Bu barədə leyboristlər Partiyasının rəhbəri Coanna Stivens bildirib. Bu qolbaqlar Lynx House-də yaşayan qaçqınlar üçün verilmişdi. Kompaniyadan deyiblər ki, qolbağı olmayan miqrantlar ərzaq almaqdan məhrum olacaqlar.
Kadiff sakinləri mühacirlərə qarşı bu addıma neqativ yanaşaraq, belə anti-humanist addımların irqi-ayrıseçkilik olduğunu deyiblər.
Stivens bildirib ki, kompaniyanın rəhbəri ilə danışıqlardan sonra qaçqınlardan qolbaqla bağlı tələb götürülüb.